📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-də yaxın on ildə dövlət borcu 50 trilyon dolları keçəcək

2024-06-19 13:54:18

ABŞ-də yaxın on ildə dövlət borcu 50 trilyon dolları keçəcək

ABŞ-nin dövlət borcu 2034-cü ildə 50 trilyon dolları keçəcək ki, bu da ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edir.

Hurriyyet.az xəbər verir ki, bu proqnozu ABŞ Konqresinin Büdcə Ofisi təqdim edib.

Sənəddə qeyd edildiyi kimi, cari proqnozlara görə, 2034-cü ilin sonunda dövlət borcu 50,7 trilyon dollar təşkil edəcək.

Fevral ayında isə ekspertlər 2034-cü ilə qədər ABŞ-nin dövlət borcunun 48,3 trilyon dollar təşkil edəcəyini və bunun ölkənin ÜDM-nin 116%-ni təşkil edəcəyini proqnozlaşdırmışdı.

ABŞ Konqresinin proqnozuna görə, 2029-2034-cü illərdə ABŞ-də ÜDM-nin orta illik artımı 1,8% olacaq.

Qeyd edək ki, yanvarın əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları keçib. 2023-cü ildə isə o, 4 trilyon dollardan çox artıb.

3 iyun 2023-cü ildə ABŞ Prezidenti Co Bayden milli borc tavanını artırmaq üçün Konqres tərəfindən əvvəllər təsdiqlənmiş qanun layihəsini imzalayıb.

Yeniavaz.com