ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
2026-11-02 23:11:51
ABŞ-də bir dağda iki yürüşçü donaraq həlak olub.
Hurriyyet.net xəbər verir ki, bu haqda “The New York Post” məlumat yayıb.
Belə ki, oktyabrın 30-da Koloradodan olan tələbələr “Ice Mountain” massivinə qalxmaq üçün yola düşüb və bundan sonra onlardan xəbər kəsilib. Xilasedicilər sonradan müəyyən ediblər ki, əslən Nyu-Yorkdan olan 20 yaşlı Cekson Donlon və 19 yaşlı Kaden Matsuda qar fırtınasına düşüblər.
Onların cəsədləri digər dağçılar tərəfindən dağ çökəkliyində aşkar edilib.