📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dəki 42 milyonluq villasını satır

2026-01-29 12:37:37

ABŞ-dəki 42 milyonluq villasını satır

Hollivud aktrisası Ancelina Coli ABŞ-dəki əmlaklarını satmağa başlayıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə insayderlər məlumat yayıblar.

Bildirilir ki, məşhur aktrisa Los-Ancelesin həyat tərzi ilə ayaqlaşmaqda çətinlik çəkir. Lakin məsələ təkcə onun maliyyə vəziyyəti ilə bağlı deyil. Belə ki, Coli dəfələrlə həmin şəhərdə yaşamaqdan məmnun olmadığını bildirsə də, eks-həyat yoldaşı, aktyor Bred Pittlə bağladığı qəyyumluq müqaviləsi səbəbindən “mələklər şəhəri”ndə qalmağa məcbur olub. Bununla belə, bu ilin iyul ayında keçmiş cütlüyün əkizləri - Noks və Vivyenin 18 yaşı tamam olacaq, beləliklə, bu ailədə yetkinlik yaşına çatmayan uşaqlar qalmayacaq. Bundan sonra Ancelina istədiyi yerə köçə bilər. Lakin əvvəlcə ABŞ-də qalan əmlaklarla bağlı məsələni həll etməlidir.