📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dəki seçkilərdə namizəd olmaq istəyir?

2026-08-29 13:11:31

ABŞ-dəki seçkilərdə namizəd olmaq istəyir?

Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-də 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyi barədə iddialar yayılıb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə məlumatı “NBC News” telekanalı yayıb. 

Bildirilib ki, P.Heqset yaxın dostları və tərəfdaşları ilə söhbət zamanı bu niyyətini bəyan edib. 

Telekanalın mənbəsinin sözlərinə görə, Pentaqon rəhbəri və həyat yoldaşı Cennifer son bir neçə aydır həmin məsələni müzakirə edir. 

Bununla belə, P.Heqset sosial şəbəkə hesablarında paylaşım edərək telekanalın məlumatını təkzib edib.