ABŞ diplomatı: "Gürcüstan hakimiyyəti təklifimizə rədd cavabı verdi"
2024-05-02 17:12:30
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Tbilisidəki səfiri Robin Danniqan Gürcüstan hakimiyyətinin ABŞ-ın dəvətindən imtina etdiyini bildirib.
Səfirin açıqlamasında deyilir: "Bu yaxınlarda Gürcüstan hökumətinin yüksək vəzifəli şəxslərini Birləşmiş Ştatların məsul şəxsləri ilə birlikdə strateji əməkdaşlıqla və ABŞ-ın yardımı ilə bağlı istənilən məsələlərin müzakirəsinə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu təklifdən imtina etməyə üstünlük verdi".
Hürr Tərcüman