📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ dörd Rusiya bankının 1 trilyon dollarlıq aktivlərini dondurdu

2022-02-24 23:38:00

ABŞ dörd Rusiya bankının 1 trilyon dollarlıq aktivlərini dondurdu

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı çıxış edib. O, ABŞ-ın VTB daxil olmaqla dörd Rusiya bankının 1 trilyon dollar həcmində ABŞ aktivlərini dondurduğunu açıqlayıb.

Həmçinin yeni məhdudiyyətlər Rusiya elitasının nümayəndələri və onların uşaqlarını da əhatə edəcək. Bundan əlavə, ABŞ və müttəfiqləri Rusiyaya texnoloji məhsullarının ixracını 50% məhdudlaşdırmağa hazırdır.

Co Bayden həmçinin bildirib ki, ABŞ Ukrayna ərazisində döyüşmək fikrində deyil.

***

23:00

Co Bayden Ukraynadakı vəziyyətlə bağlı çıxış edir.

Çıxışın canlı yayımını təqdim edirik.

 

Virtualaz.org