📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ dövlət başçısı tədbir zamanı gözlənilmədən naməlum istiqamətə getdi və...-FOTO+VİDEO

2021-09-13 11:08:00

ABŞ dövlət başçısı tədbir zamanı gözlənilmədən naməlum istiqamətə getdi və...-FOTO+VİDEO

ABŞ prezidenti Co Bayden sosial şəbəkə istifadəçiləri onun yeni qəribə davranışlarını gördükdən sonra bir daha komik video və görüntülərin qəhrəmanı olub.

Hurriyyet.az  İsrail mediasına istinadla  xəbər verir ki, məktəblərdən birini ziyarət edərkən Bayden həyat yoldaşının çıxışı zamanı sanki kimsə onu çağırırmış kimi diqqətini yayındırıb.

ABŞ dövlət başçısı gözlənilmədən naməlum istiqamətə gedib və bir neçə saniyə sonra geri qayıdıb. Baydenin davranışının səbəbi bilinmir, heç kim prezidentin hara getdiyini və nədən yayındığını anlamayıb.

Bu məsələ sosial şəbəkəyə təsirsiz ötüşməyib. İstifadəçilər Co Baydenə lağ etmək üçün belə bir fürsəti qaçırmayıblar. Məsələn, Baydenin guya əslində boş-boşuna deyil, dondurma mikroavtobusunun səslərindən yayınaraq onun dalınca qaçmasını əks etdirən montaj edilmiş bir video yayımlanıb.