📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ dövlət departamenti: "İndi Rusiya ilə əlaqələri genişləndirməyin vaxtı deyil”

2023-02-03 13:39:00

ABŞ dövlət departamenti:

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası Rusiya Federasiyasının aviadaşıyıcıları ilə əməkdaşlıq edəcək Gürcüstan şirkətlərinə qarşı sanksiyaları təhlükə altına salacaq. Bu barədə “Amerikanın səsi”nin Gürcüstan xidmətinə ABŞ Dövlət Departamentindən bildiriblər.

“Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Gürcüstan hava limanlarında olan şirkətlərin əlavə idxal və ixrac nəzarəti altında olan təyyarələri idarə etdikləri təqdirdə sanksiyalara məruz qala biləcəyini nəzərə alsaq, Rusiya və Gürcüstan arasında uçuşların bərpasından narahat olarıq. Bütün Qərb ictimaiyyəti bu qəddar rejimdən uzaqlaşıb – indi Rusiya ilə əlaqələri genişləndirməyin vaxtı deyil”, deyə Dövlət Departamentinin bəyanatında bildirlir.

Ülviyyə, Hurriyyet.az