📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasını xoş qarşılamayıb

2024-04-18 11:23:18

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasını xoş qarşılamayıb

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonundan rusiyalı sülhməramlıların çıxarılması məsələsi ilə bağlı suala cavab verib. 
Dövlət Departamentinin təmsilçisi deyib: "Biz Rusiya sülhməramlılarının Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə töfhə verdiklərini göstərən heç nə görmədik. Bu payızda Qarabağda baş verən hadisələr də bunu göstərir. Bu, Rusiyanın etibarlı müttəfiq və tərəfdaş olmadığına daha bir nümunədir".
Patel deyib: "Biz Ermənistanla Azərbaycanın möhkəm və layiqli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesə yardım eləməyə hazırıq".
Hürr Tərcüman