📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Dövlət Departamenti Türkiyənin ŞƏT-ə daxil olması ehtimalı ilə bağlı çaşqınlıq ifadə edib

2024-08-01 11:42:31

ABŞ Dövlət Departamenti Türkiyənin ŞƏT-ə daxil olması ehtimalı ilə bağlı çaşqınlıq ifadə edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Ceyms O'Brayen qeyd edib ki, Türkiyənin müxtəlif sahələrdə alyansla sıx əməkdaşlığını nəzərə alaraq, ABŞ və NATO-nun Ankaranın belə bir addımını anlaması çətindir.

O'Brayen, "Hələ ki, bununla bağlı hər hansı ciddi siqnal görməmişik, ən azı bizə heç bir məlumat verilməyib, lakin biz NATO müttəfiqləri arasında məlumat mübadiləsinin başqa qrupa üzvlüklə bir araya sığmadığını açıq şəkildə bildirmişik", deyə fikirlərini ifadə edib .

Eyni zamanda, ABŞ və NATO Mərkəzi Asiya ölkələrini öz hərbi proqramlarına fəal şəkildə cəlb edir və bunu region dövlətlərinin ŞƏT və KTMT-yə üzvlüyü ilə uyğun hesab edir. Baxmayaraq ki, bu təşkilatların bir sıra üzvləri alyansın ŞƏT və KTMT-nin “həssas məlumatlarına” çıxışı riski ilə bağlı narahatlıqlarını ifadə ediblər. Türkiyə ŞƏT-ə üzv olarsa, NATO nədən qorxur?

Ülviyyə, Hurriyyet.az