📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerdən "Gürcü arzusu" hakimiyyətinə XƏBƏRDARLIQ - YAXŞI FİKİRLƏŞİN...

2024-10-29 13:29:36

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerdən

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "Gürcü arzusu" hakimiyyətini qınayan bəyanat paylaşıb. Bəyanatda Gürcüstanın faktiki hakimiyyətinin avtoritar cinaha aid liderlərin siyasətini gücləndirməsini, xalqın istəyi ilə hakimiyyətin istəklərinin üst-üstə düşmədiyini, ölkə konstitusiyasının Avro-Atlantik qurumlara üzvlüyə nail olmağı nəzərdə tutduğu və bütün partiyaların bu məqsədi dəstəkləmək üçün kampaniya apardığı halda hakim partiyanın bu siyasətə uyğun gəlməyən tədbirlər gördüyünü səsləndirərək iradlarını bildirib. Bu bəyanatı əslində xəbərdarlıq kimi də qəbul etmək olar. 

"Biz Gürcüstanın hakim rəsmilərini avtoritar liderlərin təriflədiyi siyasətləri gücləndirməkdənsə, Avro-Atlantik icma ilə qurmaq istədikləri əlaqələr haqqında düşünməyə çağırırıq. Gürcü xalqının 80 faizindən çoxu ölkənin Aİ və NATO-ya inteqrasiyasını istəyir. Hazırkı hakim partiyanın təklif etdiyi və dəstəklədiyi Gürcüstan Konstitusiyası bu üzvlüyə - bu Avro-Atlantik qurumlara üzvlükə nail olmağı nəzərdə tutur. Bütün partiyalar bu məqsədi dəstəkləmək üçün kampaniya apardılar, lakin hakim partiya bu siyasətə uyğun gəlməyən tədbirlər gördü.

Gürcüstan hökuməti qanunun aliliyinə hörmət etməklə, seçki prosesindəki nöqsanları aradan qaldırmaqla, antidemokratik qanunvericiliyi ləğv etməklə və Aİ-yə daxil olmaq islahatına dair görkəmli tövsiyələri həyata keçirmək üçün əhəmiyyətli səylər göstərməklə yenidən demokratik Avro-Atlantik yola getmək öhdəliyi götürə bilər.

Biz bu il ardıcıl olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırmışıq. Gürcüstan hökumətinin istiqaməti dəyişməsə, bundan irəli gələn nəticələrin necə olacağına təminat verə bilmərik", deyə ABŞ rəsmisinin bəyanatında bildirilib.

Ülviyyə, Hurriyyet.az