ABŞ dövlət katibi Blinken Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşəcək
2023-06-20 11:01:00
ABŞ dövlət katibi Blinken iyunun 21-22-də Londonda keçiriləcək Ukraynanın yenidən qurulması üzrə konfrans çərçivəsində Türkiyənin XİN rəhbəri Hakan Fidan ilə görüşəcək.
Bu barədə Amerikanın “Al-Monitor” saytı öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, gündəmin əsas məsələsi İsveçin NATO-ya qəbulu olacaq.
Ülviyyə, Hurriyyet.az