📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Dövlət katibi Lavrovla telefonla DANIŞDI

2022-07-30 00:32:00

ABŞ Dövlət katibi Lavrovla telefonla DANIŞDI

ABŞ Dövlət Katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə E. Blinken məlumat verib.

O, bildirib ki, söhbət zamanı qarşı tərəfi Rusiyada saxlanılmış iki amerikalı – Paul Uilan və Britani Qrinerin azad edilməsinə çağırıb. Dövlət katibi Blinken S.Lavrovun cavabının detallarını açıqlamayıb.

Qeyd edək ki, Blinken daha əvvəl saxlanılmış amerkalıların azad edilməsi üçün Rusiyaya vacib təklif çağırışı edib.

Sözügedən təklif ABŞ-da həbsdə olan rusiyalı silah taciri Viktor Bout ilə saxlanılmış amerikalıların dəyişdirilməsi olub. \\Konkret