📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ dövlət katibinin müavini Nikol Paşinyanı razı salmalıdır" - RƏŞİD HACILI

2023-12-07 12:15:11

"Zəngilandan Ordubada və geriyə nələrin, kimlərin getdiyinə Ermənistan hökumətinin burun soxmaq hüququ olmamalıdır"

"Zəngəzur dəhlizinin statusu Rusiya ilə ondan ayrı düşmüş Kalininqrad vilayətini birləşdirən dəhlizin statusu ilə eyni olmalıdır. Bu dəhliz Belarus və Litvadan keçir. Bakı tələb edir ki, Bakıdan Naxçıvana dəmiryolla gedən yüklər və yolçular hər hansı gömrük və sərhəd yoxlamaları, prosedurlarından azad olmalıdırlar". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı bildirib.

Rəşid Hacılının fikrincə, Zəngilandan Ordubada və geriyə nələrin, kimlərin getdiyinə Ermənistan hökumətinin burun soxmaq hüququ olmamalıdır: "Bakı başqa statuslu yolu qəbul etməyəcək. İlham Əliyevin son bəyanatı bunu deməyə əsas verir. İrəvan isə bundan imtina edir. Hər halda indiyədək imtina edib. Odur ki, indi ABŞ dövlət katibinin müavini Ceyms Obrayn gedib İrəvanda Nikol Paşinyanı razı salmalıdır. Razı sala bilməsə, onda Zəngəzur dəhlizi ilə bağlı Konqresdə dediyi fikirlərin əsassız olduğunu etiraf etməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az