📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Əfqanıstan üçün nəzərdə tutduğu vertolyotları Ukraynaya göndərə bilər

2021-12-18 14:30:00

ABŞ Əfqanıstan üçün nəzərdə tutduğu vertolyotları Ukraynaya göndərə bilər

Hurriyyet.az xəbər verir ki, “Voll Strit Cornel” (Wall Street Journal) nəşri Co Bayden iqtidarının bundan əvvəl əfqan ordusu üçün ayırdığı vertolyotları və digər hərbi avadanlıqların Ukraynaya göndərilməsi ilə bağlı planı müzakirə elədiyini iddia edib. Qəzetin amerikalı və ukraynalı səlahiyyətli mənbərələrə istinad elədiyi xəbərə görə, Ukrayna Rusiya təhdidi qarşısında sərhədlərini müdafiə eləmək üçün ABŞ-ın əvvəlcə Əfqanıstan ordusuna göndərməyi planlaşdırdığı hərbi avadanlıqların verilməsini tələb edib. 

Ukraynalı mənbələr Pentaqona müraciətlərinin müsbət qarşılandığını, lakin Ağ Evin Milli Təhlükəsizlik Şurasının hazırda məsələnin diplomatik həllini axtardıqlarını bildirərək planı təsdiqləmədiklərini xəbər veriblər.

Hürr Tərcüman