ABŞ Əfqanıstana heç bir silah qoymayıb - Con Kirbi
2023-09-08 15:01:56
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Əfqanıstanda heç bir silah qoymayıb.
Onun sözlərinə görə, dünyanın haqqında danışdığı 7 milyard dollarlıq silah və texnika Vaşinqton tərəfindən əvvəlcədən Əfqan ordusuna ötürülüb və texniki cəhətdən onu Talibana buraxan amerikalılar deyil, o olub.
“ABŞ rəsmi olaraq yalnız Kabil hava limanında olanları qoyub gedib, lakin gedərkən də hər şeyi sıradan çıxarmağa çalışıb”, deyə Kirbi məsələyə aydınlıq gətirib.
Ülviyyə, Hurriyyet.az