ABŞ Əfqanıstana kömək edəcək
2021-09-03 09:55:00
ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.
Hurriyyet.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, ABŞ hazırda "Taliban"a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.
"Heç kim güman etməsin ki, hazırda "Taliban" əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil", - Psaki bildirib.
Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.
Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: "Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib".