📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ: “Əfqanıstanda 20 illik müharibəni uduzduq”

2021-10-01 13:07:00

ABŞ: “Əfqanıstanda 20 illik müharibəni uduzduq”

“Əfqanıstan müharibəsinin axırı istədiyimiz kimi olmadı”

Hurriyyet.az xəbər verir ki, ABŞ Baş Qərargah rəisi Mark Mayli belə bir etiraf edib: “Hamımız üçün dəqiq olan budur ki, Əfqanıstandakı müharibə bizim istədiyimiz kimi bitmədi”. Türkiyənin “Hürriyet” nəşrinin yazdığına görə, Amerika Senatında ABŞ-ın Əfqanıstanı tərk eləməsi zamanı baş verənlərlə bağlı hesabat verilir. Bu çərçivədə suallara cavab verən ABŞ Baş Qərargah rəisi Mark Mayli Senatın Silahlı Qüvvələr Komitəsinin Əfqanıstanı tərk eləmək prosesi ilə bağlı iclasında çıxış edərkən ölkəsinin 20 illik müharibədə uduzduğunu söyləyib: “Hamımız üçün aydın olan budur ki, Əfqanıstandakı müharibə istədiyimiz şəkildə bitmədi, Kabulda hakimiyyəti “Taliban” ələ keçirdi. Bu, son 20 günün, hətta 20 ayın itkisi deyil. Çox uzağa gedən bir sıra strateji qərarların birgə təsiridir”.

“İraqın işğalı mənfi təsir göstərdi”

Mayli sözünə belə davam edib: “Əfqanıstana müdaxilənin səbəbi kimi göstərdiyimiz, Amerikanı “Əl Qaidə” terror təşkilatından qorumaq məsələsində uğur qazandığımızı deyə bilərik. Lakin buna rəğmən,müharibənin sonu istədiyimiz kimi olmadı. Baş verənlərdən çıxaracağımız dərslər var. Hərbçilərimizi Əfqanıstandan oraya göndərdiyimiz üçün 2003-cü ildə İraqa daxil olmaq qərarı bu günün nəticəsinə mənfi təsir göstərmiş ola bilər”.

“Baydenə “hərbçilər qalsın” tövsiyəsi

ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı general Kennet Makkenzi dünən Senatda çıxışı zamanı 2500 nəfər amerikalı hərbçinin Əfqanıstanda qalmasını Ağ Evə tövsiyə elədiyini söyləyib. Ağ Evin mətbuat katibi Cen Psaki bununla bağlı açıqlamasında deyib: “Hökumətə Əfqanıstanla bağlı fərqli təklif və tövsiyələr edilib. Son qərarı Baş komandan (Bayden) verir. 20 illik müharibəni dayandırmağın vaxtının çatdığını qərarını da o verib”.

Hürr Tərcüman