ABŞ əfqanlara qarşı viza məhdudiyyəti TƏTBİQ ETDİ
2022-10-12 19:58:00
ABŞ Əfqanıstanda qadınlara qarşı repressiyalara görə Talibanın hazırkı və keçmiş üzvlərinə viza verilməsini məhdudlaşdırıb.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər əfqan qadınlarının təhsil almasına və işləməsinə mane olan, onların şəxsi həyatını məhdudlaşdıran şəxslərə şamil ediləcək.
Qeyd edək ki, Taliban hakimiyyətə gəldikdən sonra qadınların hüquqlarına hörmətlə yanaşacağını vəd etsə də, zaman keçdikcə müxtəlif qadağalar tətbiq etməyə başladı. \\KONKRET.az