ABŞ Əlcəzairi də Avropanın qaz problemlərinin həllinə cəlb etmək istəyir
ABŞ administrasiyası Əlcəzairin Avropaya daha çox miqdarda qaz tədarük edə biləcəyini öyrənmək niyyəti ilə ölkədə fəaliyyət göstərən “Eni”, “TotalEnergies”, “Equinor” və “Occidental Petroleum” şirkətlərinin rəhbərliyi ilə görüşüb. Bu barədə "Reuters" məsələ ilə bağlı məlumatlı insanlara istinadən xəbər verir.
Bu mənbələrdən biri iddia edir ki, "ABŞ Eni ilə Əlcəzair üzrə görüş istəyib". Əlcəzairin qaz inhisarçısı "Sonatrach" ilə bir sıra uzunmüddətli müqavilələri olan İtaliya şirkəti ölkənin aparıcı xarici investorlarından biridir. Əlcəzairdən qaz kəmərləri İspaniya və İtaliyaya gedir və ölkənin böyük sıxılmış qaz (LNG) terminalı da var. Ötən il Əlcəzair neft və qaz hasilatını 5% artıraraq 185,2 milyon ton neft ekvivalentinə çatdırıb, LNG istehsalı isə 14% artıb. 2014-cü ildə neft qiymətlərinin çökməsindən sonra indi sənaye fəal şəkildə bərpa olunur.
Ötən il Əlcəzairin İtaliyaya qaz ixracı 76% artaraq 21 milyard kubmetrə çatıb ki, bu da ümumi istehlakın 28%-ni təşkil edib. İspaniya da qazının 29%-ni Əlcəzairdən alır.
Ülviyyə, Hurriyyet.az