📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ermənistana çox böyük həcmdə yardım ayırdı

2022-12-24 18:42:00

ABŞ Ermənistana çox böyük həcmdə yardım ayırdı

Hurriyyet.az  “Vestnik Kavkaza”  portalına istinadla xəbər verir ki, ABŞ Konqresi federal büdcə layihəsini təsdiqləyib.  Layihədə Ermənistana indiyə qədər görünməmiş miqdarda – 60 milyon dollar həcmində iqtisadi yardım ayrılması nəzərdə tutulur.

Bu barədə məlumatı ABŞ Konqresinin Ermənistan məsələləri üzrə komissiyasının həmsədri Frenk Pallone sosial şəbəkələrdəki səhifələrində verib. O, İrəvana 60 milyon dollar ayrıldığını qeyd edərək yazıb: “Bu, Ermənistana öz iqtisadi inkişafını, enerji müstəqilliyini və qanunun aliliyini möhkəmləndirmək imkanı verəcək”.

Xatırladaq ki, dünən Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Moskvanın Azərbaycan və Rusiyanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Sergey Lavrov ilə üçtərəfli görüş təklifini rədd etmişdi.

Hürr Tərcüman