📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ermənistana milyonlarla dollar verəcək

2024-09-26 14:35:07

ABŞ Ermənistana milyonlarla dollar verəcək

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın İrəvandakı səfirliyinin verdiyi məlumata görə, dövlət katibi Entoni Blinken ilə USAID təşkilatının inzibatçısı Samanta Pauer Ermənistana və "demokratik proseslərdən keçən" digər ölkələrə dəstəyi artırmaq üçün təşkilatının "Demokratiya təmin edir" tədbirində  liderləri bir yerə toplayıblar.
USAID ilə ABŞ Dövlət Departamenti kibertəhlükəsizlik, sərhəd və enerji təhlükəsizliyi və "təhdidlərə müqaviməti artırmaq üçün Ermənistana 20 milyon dollar ayrıldığını bəyan ediblər. ProInfo təşəbbüsü çərçivəsində əlavə olaraq, 600 min dollar ayrılıb. Bu vəsait 2024-cü ilin iyulunda elan edilmiş 11,9 milyon dollara əlavədir.
Ermənistanın Baş naziri Nikol Paşinuan yeni investisiyaları alqışlayıb və ölkədə demokratik proseslər getdiyini bəyan edib.
Hürr Tərcüman