ABŞ Ermənistana yardımı iki dəfədən də çox artırır
2024-09-11 11:46:05
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maddi yardımı iki dəfədən də artıq miqdarda - 120 milyon dollardan 250 milyon dollara qədər artırmağı qərara alıb. Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.
Müvafiq razılaşmanı Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan ilə USAID təşkilatının erməni missiyasının direktoru Con Alelo imzalayıblar.
Məlumatda deyilir: "Genişləndirilmiş razılaşma təbii fəlakətlərin risklərinin idarəsi, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf sahələrini əhatə edəcək".
Hürr Tərcüman