ABŞ Ermənistanı Rusiyadan asılılıqdan azad eləməyə çalışır – bunun üçün nüvə variantından istifadə edəcək
2023-05-24 12:48:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Ermənistanın və bir sıra digər Avrasiya dövlətlərinin Rusiya ilə Çindən enerji asılılığından azad olmasına nail olmaq üçün kiçik modul tipli nüvə reaktorlarının tikintisi variantını nəzərdən keçirir.
Bu barədə açıqlamanı Amerika hökumətinin Avropa və Asiyaya yardım proqramının koordinatoru Mariya Lonqi verib.
Lonqi deyib: “ABŞ texnologiyasından istifadə eləməklə, Ermənistan da daxil olmaqla, bir sıra ölkələrdə modul tipli kiçik atom reaktorların quraşdırılmasının mümkünlüyünü dəyərləndiririk. Bunun sayəsində həmin ölkələr həm Rusiyadan, həm də Çindən enerji asılılığından böyük miqyasda azad ola bilərlər”.
Hürr Tərcüman