📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ Ermənistanın bir sıra istəklərini nəzərdən keçirir"

2024-05-23 11:46:22

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken birləşmiş Ştatların Ermənistanın "bir sıra tələblərini" nəzərdən keçirdiyini, İrəvanı dəstəkləmək məqsədilə Vaşinqtonun hansı addımlar ata biləcəyini götür-qoy etdiyini bəyan edib.
Amerika diplomatiyasının rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmələrindəki çıxışı zamanı deyib: "Biz Ermənistana dəstəyimizi  və onunla əməkaşlığımızı möhkəmləndirmək üşün daha nələr edə biləcəyimizi müəyyənləşdirmək üçün  Ermənistan tərəfinin bir sıra tələb və ehtiyaclarını nəzərdən keçiririk".
Blinken aprelin əvvəlində Brüsseldə Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüş keçirdiyini xatırladıb. Onun fikrincə, həmin məşvərət məhz ABŞ ilə Aİ-nin Ermənistanı "dəstəkləmək üçün nə edə biləcəklərini aydınlaşdırmaq" üçün keçirilmişdi. Blinken deyib: "Bir sıra müxtəlif sahələrdə irəliləyəcəyik".
ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu bildirib.
Hürr Tərcüman