📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ F-16 qırıcılarını raketlər və bombalarla təchiz edəcək

2024-07-30 17:43:55

ABŞ F-16 qırıcılarını raketlər və bombalarla təchiz edəcək

Hurriyyet.az xəbər verir ki, ABŞ Ukraynaya verilən F-16 qırıcılarını raketlər və bombalarla təchiz edəcək.
Bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadla məlumat verib.
Söhbət "hava-yer" tipli AGM-88 HARM raketlərindən, "hava-hava" raketlərindən, bombalar üçün yüksəkdəqiqlikli komplektlərdən, kiçik diametrli bombalardan gedir.
Bu silahlardan "sərhəd xaricindən hücumlara cavab olaraq" Rusiya Federasiyasının ərazisində istifadə edilməsinə icazə veriləcək.
Hürr Tərcüman