ABŞ F-16 və F-35 qırıcılarını göndərir – İrana qarşı qüvvə toplayır?
2023-07-19 10:22:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Mettyü Miller jurnalistlərə açıqlamasında Yaxın Şərqə əlavə F-16, F-35 qırıcılarının və avidaşıyıcının göndərilməsinin İranla hərbi toqquşmaya hazırlıq demək olmadığını bəyan edib.
Miller deyib: “Mövcud təhdidlər fonunda və tərəfdaşlarımız və müttəfiqlərimizlə əlaqəli şəkildə Müdafiə Nazirliyi Hörmüz boğazında və onun ətrafındakı sularda monitorinq imkanlarını yüksəltmək üçün öz varlığını artırır”.
Bununla yanaşı, o, İranı mühüm dəniz yolunda azad ticarəti təhdid edən addımları dayandırmağa çağırıb.
Hürr Tərcüman