ABŞ Federal Məhkəməsi: “Narkomanlar silahla gəzə bilərlər”
Hurriyyet.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, ABŞ Federal Məhkəməsi markomanların silah sahibi olmasına qoyulan qadağanı ləğv edib. “Röyters” agentliyinin verdiyi xəbərə görə, qadağanın ləğv edilməsinə səbəb avtomobilində tapança və yarımavtomat tüfəng, eyni zamanda marixuana tapılmış Patrik Denielsin polis tərəfindən saxlanılması olub. Ona dörd il həbs cəzası verilmişdi. Deniels vaxtaşırı narkotikdən istifadə elədiyini etiraf edib. Lakin Federal Məhkəmə bəyan edib ki, ABŞ Konstitusiyasına II Düzəliş vətəndaşa özünümüdafiə məqsədilə ictimai yerlərdə tapança gəzdirmək hüququ verir.
Hakim Cerri Smit yazıb: “Bizim tariximiz və ənənələrimiz sərxoş adamın silah gəzdirməsinə bəzi məhdudiyyətlər qoya bilər, lakin bu, ayıq vətəndaşın sırf keçmişdə narkotik qəbul eləməsi əsasında tərk-silah edilməsinə haqq qazandırmır”.
Qeyd edək ki, ABŞ-da daima kütləvi atışma halları baş verir, nəticədə ölənlər və yaralananlar olur.
Hürr Tərcüman