📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Finlandiya ilə İsveçin NATO-ya girməsindən nə qazanacaq? -Çinli ekspertdən RƏY

2022-05-19 11:47:00

ABŞ Finlandiya ilə İsveçin NATO-ya girməsindən nə qazanacaq? -Çinli ekspertdən RƏY

Finlandiya və İsveçin NATO-ya qoşulması ABŞ-a Avropadakı layihələrin maliyyələşdirilməsini azaltmağa və bununla da Asiya-Sakit Okean regionuna təzyiqi artırmağa imkan verəcək.

Bu fikri Çin Xalq Universiteti nəzdində Si Szinpinin Çin xüsusiyyətli Sosializm İdeyaları İnstitutunun direktor müavinin  Sosializm üzrə Si Cinpin İdeyalar İnstitutunun direktor müavini Van İvey deyib.
Xatırladaq ki, Finlandiya ilə İsveçin NATO-ya qəbul olunmasınaTürkiyə tərəfindən veto qoyulub və vetonun aradan qaldırılması üçün Ankara 5 şərt irəli sürüb.

Çinli ekspert hesab edir ki, Helsinkinin NATO-ya üzvlüyü alyans üçün son dərəcə faydalıdır. Onun sözlərinə görə, Finlandiya "900 min ehtiyatda olan hərbçisi ilə Avropanın ən böyük aktiv ordularından birinə malikdir". Van İvey qeyd edib ki, Finlandiya Hərbi Hava Qüvvələri F-18 qırıcıları ilə silahlanıb və tezliklə daha təkmil F-35-lərlə daha da modernləşəcək.
"Finlandiyanın müdafiə sistemi də bir çox digər Avropa ölkələrinin sistemlərindən daha çox NATO-ya uyğundur", institutun direktor müavini deyib. Çinli politoloq qeyd edib ki, NATO “genişlənərək və düşmənlər yaratmaqla” öz legitimliyini təsdiq etməyə çalışır və “kim güclüdürsə, haqlıdır” məntiqinə əməl edir.
Rusiyaya təzyiqlərin artmasına gəlincə onun fikrincə, qurumun “şimal cəbhəsi”nin daha da gücləndirilməsi “Rusiyanın Kalininqradının hərbi-strateji dəyərini” azaldacaq. Beləliklə, NATO “Rusiyanı Avropadan sıxışdırmaq” üçün daha bir addım atacaq. "Bu, təhlükəsizlik, siyasi, iqtisadi və mədəni sahələrə aiddir", ekspert əlavə edib.
Ekspert izah edib ki, Finlandiyanın Rusiya Federasiyası ilə 1,3 min kilometr uzunluğunda uzun sərhədi var. "NATO-ya daxil olmaq Şimali Atlantika alyansı ilə Rusiya arasında quru sərhədinin ikiqat artması deməkdir. Bu, həm də alyansı Rusiyanın strateji nöqtələrinə və ya Kola yarımadası və Sankt-Peterburq kimi mühüm şəhərlərinə yaxınlaşdıracaq", deyə politoloq yazır.
Onun fikrincə, bu vəziyyət Vaşinqtona Moskvaya təzyiqləri artırmağa imkan verəcək. Direktor müavini qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiya Federasiyası Finlandiya və İsveçin bu hərbi-siyasi bloka daxil olmasına “kifayət qədər təmkinlə” reaksiya verib. "Lakin gələcəkdə çox güman ki, NATO və Qərbin Avropanın təhlükəsizlik strukturuna daimi təzyiqi nəticəsində yaranan uzunmüddətli mənfi təsiri aradan qaldırmaq asan olmayacaq", deyə Van İvey bildirir.
Bu iki ölkənin yeni üzvlər qismində quruma alınması ABŞ ilə Britaniyaya həm də Rusiyanın Arktika sərhədlərinə yaxınlaşmaq imkanı verəcək ki, bu nüans NATO-nun əsas hərəkətverici ölkələrinin Arktikanın təbii resurslarından təkcə Rusiyanın yararlanmasına imkan verməmək, bu resurslara şərik olmaq niyyətini daşıyır.
Belə deədeyə bilərik ki, bu iki ölkənin qoşulması NATO-nun böyüməsində və şimala doğru genişlənməsində altıncı addım olacaq.

Ülviyyə, Hurriyyet.az