📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ gələn ilin ortalarında Ukraynaya “Vampire” anti-dron sistemləri verməyi planlaşdırır

2022-11-03 12:05:00

ABŞ gələn ilin ortalarında Ukraynaya “Vampire” anti-dron sistemləri verməyi planlaşdırır

ABŞ qarşıdan gələn 2023-cü ilin ortalarında Ukraynaya “Vampire” anti-dron sistemləri verməyi planlaşdırır. Bunu “Defence News” nəşri Pentaqonun sözçüsü Pat Rayderə istinadən bildirir.

"Vampir"in verilməsi üçün biz yaxın bir neçə ay ərzində müqavilənin bağlanacağını gözləyirik və hazırda 2023-cü ilin ortalarında sistem təhvilini hədəfləyirik", deyə Rayder bildirib.

“Defence News” xatırladır ki, avqustun 24-də Pentaqon bu sistemləri Ukraynaya tədarük etmək planlarını açıqlasa da, saziş hələ təsdiqlənməyib. Şirkət sözçüsünə görə, “L3Harris” şirkəti müqaviləni bağladıqdan sonra Pentaqonun tələb etdiyi “Vampir”i 9 ay ərzində təhvil verməyi planlaşdırır.

Ülviyyə, Hurriyyet.az