ABŞ generalı Yəmənə hücumla bağlı rəqəmləri açıqladı
Hurriyyet.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, Birləşmiş Ştatlar ilə onun Yəmənə qarşı koalisiyada birləşmiş müttəfiqlərinin zərbələrinin hədəfləri radarlar, HHM sistemləri, anbarlar, PUA və raketlərin çıxış nöqtələri olub.
Mərkəzi Komandanlığın rəhbəri general Markl Kurillin açıqlamasında deyilir: "Biz husi döyüşçülərini və onların İrandakı sponsorlarını beynəlxalq gəmiçiliyə qanunsuz, mühakiməsiz hücumlarda məsul hesab edirik. Bu hücumlar 55 dövlətə təsir edib və ABŞ dənizçiləri də daxil olmaqla, yüzlərlə dənizçinin həyatını təhlükə altında qoyub".
CNN kanalının məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin başçısı general-leytenant Aleks Qrinkeviç ABŞ və onun müttəfiqlərinin hərbçilərinin Yəməndə 16 obyektdəki 60-dan artıq hədəfə zərbələr endirdiyini bildirib.
Hürr Tərcüman