📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Gürcüstana 26 ton ağırlığında, milyonlarla dollar dəyərində hərbi yardım etdi

2022-09-22 18:05:00

ABŞ Gürcüstana 26 ton ağırlığında, milyonlarla dollar dəyərində hərbi yardım etdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Birləşmiş Ştatlar Gürcüstanın Silahlı Qüvvələrinə 26 ton ağırlığında, ümumi dəyəri 11,5 milyon dollar məbləğində silah-sursat verib. Bu barədə açıqlamanı Amerika Birləşmiş Ştatlarının Tbilisidəki səfirliyi verib.

Açıqlamada deyilir: “Bu gün biz Gürcüstanın Müdafiə Qüvvələrinə öz imkanlarını gücləndirməsi üçün 26 ton yardım etdik. 11,5 milyon dollarlıq təchizat ABŞ hökumətinin öz strateji tərəfdaşı olan Gürcüstanı dəstəkləmək yollarından biridir”.

Diplomatik nümayəndəlik təchizatın məhz nədən ibarət olduğunu dəqiqləşdirməyib.

Hürr Tərcüman