📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

2024-12-05 13:10:25

ABŞ Gürcüstana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Gürcüstan hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında məlumat verilib.
Açıqlamada Gürcüstan hakimiyyətindən mitinqlərdə həbs edilmiş etirazçıları dərhal azad etmək tələb olunur. Blinkenin fikrincə, "qanunsuz güc tətbiq etməkdə günahkar olanvəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar".
Birləşmiş Ştatlar Gürcüstanda seçkilərin qalibi olan "Gürcü arzusu" partiyasını tənqidçilərə qarşı  "repressiya fəaliyyətində" ittiham edir.
Hürr Tərcüman