ABŞ Gürcüstana yardımı dayandırır
Xarici agentlər barəsində qanun 95 milyon dollara "başa gəldi"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Birləşmiş Ştatların Gürcüstana yardım proqramını dayandırdığını bəyan edib.
Dövlət katibi yazılı açıqlamasında bunun səbəbinin Gürcüstanın "Xarici təsirin şəffaflığı" barəsində qanunu qəbul etməsi olduğunu bildirib.
Açıqlamada deyilir: "Mayın 23-də, Gürcüstan hökumətinin antidemokratik addımlarından sonra Birləşmiş Ştatlarla Gürcüstan arasındakı ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçiriləcəyini bəyan etmişdim. Nəticədə belə bir qərar verildi: Birləşmiş Ştatlar birbaşa Gürcüstan hökumətinin dəstəklənməsi üçün nəzərdə tutulmuş 95 milyon dollardan artıq yardımın verilməsini dayandırır".
Hürr Tərcüman