📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

2021-07-24 16:10:00

ABŞ Gürcüstana yüzlərlə hərbçi göndərir

ABŞ “Agile Spirit 2021” təlimlərində iştirak üçün Gürcüstana bir neçə yüz hərbçisini göndərməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. ABŞ-ın həmçinin Almaniyadakı Ramştayn aviabazasından Gürcüstana “Blek hovk” helikopterlərini də gətirdiyi vurğulanıb.

Qeyd edək ki, “Agile Spirit” təlimi Gürcüstanda iyulun 26-da start götürəcək və avqustun 6-na qədər davam edəcək. Təlimə 15 ölkədən 2500 hərbçi qatılacaq.

Azərbaycan hərbçiləri də təlimdə iştirak edəcəklər.