📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Haaqa Məhkəməsinə qarşı sanksiyalara hazırlaşır - Netanyahu ilə Qalantın həbs olunması tələb edilib

2024-05-24 14:00:46

ABŞ Haaqa Məhkəməsinə qarşı sanksiyalara hazırlaşır - Netanyahu ilə Qalantın həbs olunması tələb edilib

Hurriyyet.az xəbər verir ki, ABŞ İsrailə qarşı verilən qərarlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə qarşı sanksiyalar qəbul etməyə hazırlaşır.
"Foks Nyus" kanalının məlumatına görə, ABŞ Konqresinin Senatında Beynəlxalq Ədalət Məhkəməsinin bir sıra əməkdaşlarına qarşı sanksiyalar tətbiq eləmək və onlara ABŞ vizalarının verilməsini qadağan eləmək məsələləri müzakirə edilir.
Belə bir addımın atılmasının səbəbi BMT-nin Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin prokurorunun İsrailin Baş naziri Binyamin Netanyahu ilə müdafiə naziri Yoav Qalantın həbs olunması barəsində qərar verilməsi  tələbi ilə çıxış etməsidir.
Qeyd edək ki, Haaqa Beynəlxalq Məhkəməsinin qərarları formal olaraq məcburidir, lakin BMT-nin hər hansı bir ölkəni həmin qərarlara əməl etməyə məcbur etmək üçün real gücü yoxdur.
Hürr Tərcüman