ABŞ hava-desant qüvvələrini Polşada yerləşdirir
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak “Tvitter” səhifəsində ABŞ-ın əlavə qüvvələrinin Polşaya gəldiyini xəbər verib. Açıqlamada deyilir: “ABŞ-ın 82-ci hava-desant diviziyasından olan hərbi briqada qrupunun əsas qüvvələrinin gəlişinə hazırlıq gedir. İlk dəstə artıq Polşadadır”.
ABŞ-ın Şərqi Avropadakı qüvvələrini artırması çərçivəsində Polşaya ümumilikdə 1,7 min əsgər göndəriləcək.
“Airlive” aviasiya portalı ABŞ hərbçilərini daşıyan Boinq C-17 hərbi nəqliyyat təyyarəsinin Avropaya uçduğunu bildirmişdi. ABŞ regiona qüvvə göndərməsinin səbəbinin Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsi olduğunu bəyan edib.
Pentaqonun mətbuat katibi Con Kirbi ABŞ-ın qısa zaman ərzində Rumıniya, Polşa və Almaniyaya əlavə qüvvələr göndərəcəyini söyləyib.
Hürr Tərcüman