ABŞ hərbçiləri Finlandiyadakı bazalara yerləşdiriləcək
2023-12-19 09:57:13
Hurriyyet.az xəbər verir ki, ABŞ qüvvələri Finlandiyada 4 ədəd aviasiya bazası və 1 ədəd hərbi-dəniz bazasından, həmçinin bir sıra digər hərbi obyektlərdən istifadə eləmək hüququna malik olacaqlar. Bununla əlaqədar dekabrın 18-də iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşmanı Finlandiyanın müdafiə naziri Antti Hyakkaynen ilə ABŞ Dövlət katibi Entoni Blinken imzalayıblar. Saziş Finlandiya parlamenti tərəfindən təsdiqlənməlidir.
Ümumilikdə, Pentaqonun Finlandiyanın 15 hərbi bazasından, obyektlərindən və anbarlarından istifadəsi nəzərdə tutulur. Həmin məntəqələrə ABŞ hərbçiləri, silahları və hərbi texnikası yerləşdiriləcək.
Hürr Tərcüman