📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ hərbçilərinin dəhşətli etirafları

2021-08-26 14:41:00

ABŞ hərbçilərinin dəhşətli etirafları

 

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Əfqanıstanı işğal elədiyi 2001-ci ildən bəri əməliyyatlarda iştirak edən amerikalı pilot və dron operatorlarının etirafları mətbuata sızıb.

Əfqanıstanı 20 il işğalda saxlayan ABŞ-da mobil həbsxanalarına və dinc vətəndaşları kütləvi şəkildə qətl etdiyinə görə qınanır. 2001-ci ildən bəri ən çox verilən sual “ABŞ Əfqanıstana nə gətirdi?” sualıdır.

TRT Haber kanalının məlumatına görə, ABŞ hərbçilərinin terrorla mübarizə adı altında keçirdikləri əməliyyatların çoxu dinc əhalinin qətliamları ilə nəticələnib. Bu qətliamlar əməliyyatlarda iştirak edən bəzi ABŞ hərbçiləri tərəfindən də etiraf edilib.

Etiraflarda bəhs edilən əməliyyatlardan bəziləri 2019-cu ildə həyata keçirilib. Əməliyyatlarda iştirak edən dron operatorlarının silahsız insanları necə öldürdüklərinin çəkilişləri və etirafları da var. 

Amerikalı pilotlar Əfqanıstanda dinc sakinləri öldürdüklərini etiraf elədilər

İki pilot və bir dron operatorunun etirafının qeydə alındığı birinci videoda “dron hücumları cəzalandırıcı idi, öldürmək xatirinə öldürmək üçün idi” ifadələri diqqəti çəkir.

Digər etirafçı isə peşman olduğunu bildirərək deyib: “Etdiklərimiz ilə bir fərq yaratmadığımız aşkardır”.

Başqa bir etirafda idə gənc bir əfqan ailəsinin qətlə yetirilməsinin doğurduğu travmalardan bəhs edilir.

“İki məsum insanı öldürdük”

Keçmiş pilotun etirafında deyilir: “Bu gün iki məsum insanı öldürdük, təssüf ki,  motosikletləri ilə daxil olduqları ərazi bizim hədəfimizdə idi”.

2019-cu ildə həyata keçirilən əməliyyatlarda Pentaqonun qəbul elədiyindən daha çox dinc sakinin ölümünə səbəb olduğu güman edilir.