ABŞ hərbçilərinin olduğu bazaya hücum
2023-02-17 19:36:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İraqda ABŞ-ın liderlik elədiyi koalisiya qüvvələrinin yerləşdiyi Taci Hərbi Bazasına minaatanlar vasitəsi ilə hücum edilib.
Baza paytaxt Bağdad şəhərinin şimalında yerləşir. Mərminin İraq ordusunun olduğu nəzarət məntəqəsinin yaxınlığına düşdüyü, insan itkisinin olmadığı bildirilir. Hücum edənlərə qarşı irimiqyaslı əməliyyat keçirilib.
İraq mətbuatında verilən bir xəbərdə isə paytaxt Bağdadın Tarmiyah bölgəsində İŞİD terror təşkilatının İraq ordusuna hücumu nəticəsində aralarında bir zabit olmaqla, 4 nəfərin həlak olduğu, 6 əsgərin yaralandığı, əks-hücum nəticəsində 4 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Hürr Tərcüman