ABŞ hərbi bazasına hücum – Ölənlər var
İordaniyanın Suriya ilə sərhədi yaxınlığında ABŞ hərbi bazasına pilotsuz təyyarələrin hücumu olub.
Hurriyyet.az xəbər verir ki, nəticədə 3 ABŞ hərbçisi ölüb, onlarla hərbçi yaralanıb.
ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib.
ABŞ prezidenti Co Bayden hücumun İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib.
“Biz cavab verəcəyik”, - o əlavə edib.
İran hücumda hər hansı əli olduğunu təkzib edib.
İordaniya rəsmiləri bildiriblər ki, hücum İordaniyanın daxilində deyil, Suriyada baş verib.
ABŞ ordusunun məlumatına görə, ABŞ-nin bölgədəki bazalarına başqa hücumlar da olub, lakin sonuncu hücumdan başqa heç birində ölüm halı qeydə alınmayıb.
Hücumu heç bir təşkilat öz üzərinə götürməyib.
yeniavaz.com