📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Hərbi Dəniz Qüvvələri o gəmiyə Trampın adını verməkdən imtina etdi

2026-11-22 13:05:13

ABŞ Hərbi Dəniz Qüvvələri o gəmiyə Trampın adını verməkdən imtina etdi

ABŞ Hərbi Dəniz Qüvvələri tikilməkdə olan Gerald R. Ford sinifli təyyarədaşıyan gəmiyə Prezident Donald Trampın adının verilməsi ideyasından imtina edib.

Hurriyyet.net  xəbər verir ki, məlumatı CNN Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsini icra edən Hang Caonun sözçüsünə istinadən yayıb.

Əvvəlcə təyyarədaşıyan gəmiyə Pearl Harbor qəhrəmanı Doris Millerin adının verilməsi planlaşdırılırdı. Lakin avqustun ikinci yarısında Amerika mediası gəminin Trampın şərəfinə adlandırıla biləcəyini bildirib ki, bu, görünməmiş bir addım olardı, çünki ABŞ Hərbi Dəniz Qüvvələri heç vaxt heç bir gəmiyə vəzifədə olan administrasiya rəhbərinin adını verməyib.

Avqust ayında Pentaqon mümkün ad dəyişikliyi ilə bağlı CNN-ə şərh verməkdən imtina edib. İndi isə Caonun sözçüsü şəbəkəyə təyyarədaşıyan gəminin adının dəyişdirilməsi niyyətində olmadığını bildirib.