ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çinə qarşı yeni sualtı qayıq proqramına start verdi-"Newsweek"
2023-04-20 16:57:00
ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çinə qarşı yeni sualtı proqramına 200 milyard dollar ayıracaq. Bu barədə "Newsweek" xəbər verir.
Nəşr qeyd edir ki, bu məbləğ Ukraynanın ÜDM-ə ekvivalentdir. Başqa sözlə, Hərbi Dəniz Qüvvələrinin 200 milyard dollarlıq tikinti proqramı hücum sualtı qayıqlarının sayını 50-dən 66-ya çatdırmağı hədəfləyir.
Bununla belə, nəşr vurğulayır ki, ABŞ Hərbi Dəniz Qüvvələri eyni vaxtda sualtı zərbə qüvvələrinin demək olar ki, dörddə birini yerləşdirə bilir və ötən il Ukraynadakı münaqişəyə və Çinin dünya supergücü kimi yüksəlməsinə baxmayaraq, Amerika sualtı qayıqlarının yalnız 10%-i gizli əməliyyatlar keçirə biliblər.
Ülviyyə, Hurriyyet.az