📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ hərbi əməliyyatları bitirmək üçün İsrailə ilin sonuna qədər vaxt qoyub - “The Economist”

2023-12-11 12:56:29

ABŞ hərbi əməliyyatları bitirmək üçün İsrailə ilin sonuna qədər vaxt qoyub - “The Economist”

ABŞ İsrailə bildirib ki, Qəzza zolağındakı hərbi əməliyyatı yeni il başlamazdan əvvəl başa çatdırılmalıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə bazar günü Britaniyanın “The Economist” jurnalı adı açıqlanmayan bir neçə mənbəyə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ-ın dövlət katibi Antoni Blinken də İsrailə son səfəri zamanı həmsöhbətlərinə oxşar mesajı çatdırıb. Jurnal onu da yazır ki, ABŞ prezidenti Co Bayden administrasiyası İsraildən Fələstinli mülki əhalinin, xüsusən də Qəzza zolağının cənubundakı insanların əzablarırın azaldılması üçün daha çox işlər görməsini tələb edir.

“The Economist” qeyd edir ki, ABŞ israillilərin çox güvəndiyi hərbi yardımı azaltmağa hazırlaşır. Buna görə də Netanyahu rejimininr Qəzza zolağında uğur əldə etməsi üçün  cəmi bir neçə həftə vaxtı qalıb. Bununla yanaşı, jurnal İsrail ordusunun uğur qazanma ehtimalının aşağı olduğunu bildirib.

AzPolitika.info