ABŞ Hizbullahın maliyyə dəstəkçisi ilə bağlı kəşfiyyat məlumatına görə 10 milyon dollar vəd etdi
ABŞ Məhəmməd Cəfər Qəsirin Hizbullahın ən önəmli dəstəkçilərindən biri olduğunu vurğulayaraq, onun fəaliyyətləri barədə kəşfiyyat məlumatı qarşılığında 10 milyon dollar mükafat təyin edib.
İyunun 16-da ABŞ-ın Dövlət Departamentinə bağlı "Ədalət üçün Mükafat Proqramı"nın rəsmi saytında dərc edilən bəyanata əsasən, Məhəmməd Cəfər Qəsir qaçaqmalçılıq və digər cinayətkar əməliyyatlar sayəsində Hizbullah qruplaşmasına silah və maliyyə yardımı edib.
Bəyanatda, habelə qeyd olunub ki, Qəsir İran neftinin satılması üçün SEPAH-ın Qüds qanadı ilə əməkdaşlıq edərək, sözügedən qüvvələrdən Hizbullaha pul və silahların çatdırılmasında kordinator kimi fəaliyyət göstərib.
Xatırladaq ki, ABŞ hökuməti bundan öncə SEPAH və onun qolları, o cümlədən Qüds Qüvvələri haqqında kəşfiyyat məlumatları üçün 15 milyon dollar mükafat təyin etmişdi.
Ülviyyə, Hurriyyet.az