📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Hizbullahın raket hücumlarını qınadı

2021-08-07 11:15:00

ABŞ Hizbullahın raket hücumlarını qınadı

ABŞ rəhbərliyi Livan Hizbullah hərəkatının İsrailə raket hücumlarını qınayır. Livan rəhbərliyini bu hücumların qarşısını almağa çağırırıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, raket hücumlarının israillilər və livanlıların həyatını təhlükəyə atdığı qədər Livanın sabitliyinə və suverenliyinə zərər verdiyini bildirib.