ABŞ husilərlə bağlı qərar verməyə hazırlaşır
2023-12-20 12:16:32
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ husilərin terrorçular siyahısından çıxarılması qərarını yenidən nəzərdən keçirə bilər. Bu barədə bəyanatı ABŞ Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verib: “Hazırda bunun düzgün addım olub-olmadığını araşdırırıq. Hələ qərar verilməyib”.
Husilərin adı ilk dəfə Donald Trampın prezidentlik dövründə terrorçular siyahısına salınmışdı. İki il əvvəl isə indiki Prezident Cozef Bayden onların adını siyahıdan çıxarmağı qərara almışdı.
Hürr Tərcüman