ABŞ-ı Bayden yox, başqası idarə edir - Mask
2024-09-11 13:12:03
Hurriyyet.az xəbər verir ki, amerikalı məşhur biznesmen İlon Mask vitse-prezident və Demokratlar partiyasının prezidentliyə namizədi Kamala Harrisin artıq faktiki olaraq Birləşmiş Ştatları idarə etdiyini bildirib. Onun sözlərinə görə, Amerikanın lideri Co Bayden işə nadir hallarda gedir.
Mask sahibi olduğu X şəbəkəsində yazıb: "Əgər Kamala Harris böyük işlər görə bilirsə, niyə indiyə qədər bunu etməyib? Bayden işə az-az gəlir, beləliklə, mahiyyətcə, artıq dövləti o idarə edir".
Mask Respublikaçılar partiyasının namizədi, eks-prezident Donald Trampın ölkəni Harrisdən daha yaxşı idarə edəcəyinə inandığını bildirib.
Hürr Tərcüman