ABŞ ilə Britaniya qüvvələri Yəmənə zərbələr endiriblər
2024-03-07 17:39:22
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ ilə Böyük Britaniya husilərin Yəməndəki obyektlərinə zərbələr endiriblər. Husilərə məxsus "Al Masirah" telekanalının məlumatına görə, Əl Hudeyda vilayətinin Qırmızı dəniz sahilindəki Ras-İsa limanına azı iki zərbə endirilib. Zərərçəkənlərin və ya yaralıların olub-olmadığı barəsində məlumat verilmir.
Hürr Tərcüman