📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ ilə Britaniya Yəmən ərazisinə zərbələr endiriblər

2024-02-02 19:01:29

ABŞ ilə Britaniya Yəmən ərazisinə zərbələr endiriblər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ ilə Böyük Britaniyanın Silahlı Qüvvələri Yəmən ərazisindəki husilərin obyektlərinə azı dörd zərbə endiriblər.
Bu barədə məlumatı Yəmənin "Əl Məsirah" telekanalı verib. Kanalın məlumatına görə, hücuma məruz qalan Əl Carr rayonu Həca əyalətində, Qırmızı dənizin sahilindən 100 km məsafədə yerləşir. Mümkün dağıntı və tələfat barəsində məlumat verilməyib.
Hürr Tərcüman